iynə olub gözə batmaq

to arouse someone’s envy вызывать зависть (быть предметом зависти)
iynə kimi incəlmək
iynə olub yoxa çıxmaq
OBASTAN VİKİ
İynə
İynə — bərk metaldan düzəldilmiş bir ucu iti digər ucunda isə sap keçirmək üçün deşik olan nazik uzun alət. Otra əsrlərə kimi mahlıcdan olan parçaları tikmək üçün balıq sümüklərindən istifadə edilirdi. İlk metal iynələr XVI əsrdə yaradılmışdır. İynənin iki növü var - əl iynəsi və maşın iynəsi. Tikiləcək parçanın növündən asılı olaraq iynələrin ölçüləri də müxtəlif olur. Hesab edilir ki, ilk iynə kimi balıq sümüyündən istifadə ediblər. İynə ölçüsü istehsalçının paketində bir və ya bir neçə rəqəmlə işarələnir. İynələrin ölçüləri üçün ümumi konvensiya, məftil ölçmə cihazları kimi, hər hansı bir iynə sinfində ölçü sayı azaldıqca iynənin uzunluğu və qalınlığının artmasıdır. Məsələn, 9 ölçülü iynə 12 ölçülü iynədən daha qalın və uzun olacaq. Bununla belə, iynə ölçüləri standartlaşdırılmamışdır və buna görə də bir sinifin 10 ölçüsü başqa bir növün 12 ölçüsündən daha incə ola bilər (əslində belə olur).
İynə burnu
İynə burnu (həmcinin Аqulyas (port. Agulhas, afrik. Kaap Agulhas) — Afrika qitəsinin ucqar cənub nöqyəsini təşkil edir. Burunun hündürlüyü 140 m təşkil edir. Ümid burnundan 155 km cənub-şərqdə yerləşir. Bu adı əraziyə XV əsrdə səfər edən portuqal səyyahları vermişlər. Belə ki, burada maqnit anomaliyası səbəbindən (port. agulha) kompasın əqrəbi düzgün ərazini göstərmirdi. Elə bu ad maqnitin əqrəbində irəli gələrək verilmişdir.
İynə burnu cərəyanı
İynə burnu cərəyanı və ya Aqulyas cərəyanı — Hind okeanının cənub-qərbindən keçən isti dəniz cərəyanı. İki okean arasında sərhəd zonasından başlayır. Afrikanın şərq sahilləri boyunca cənubdan şimala istiqamətlənir. Cənubi Ekvatorial cərəyanının qərb qolunu təşkil edir. İnsiz olması sürətinin yüksəkliyinə səbəb olur (bəzən sürəti 200 sm/s çatır).
Gözə göz (film, 1981)
Gözə göz (ing. An Eye for an Eye) — 1981-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. Polis Şon Keyn dostu Devid Pirs ilə narkomafiya bandasının əsatiri altına düşürlər. Bu mübarizədə Devid Pirs ölür. Sağ qalan Şon Keyn dostunun qisasını almaq üçün şəxsi axtarışını başlayır… Gözə göz — Internet Movie Database saytında.
Qardaş olub Hayastan–Azərbaycan
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
Katibə Kimə nə olub? (teleserial, 2018)
What's Wrong with Secretary Kim(kor. 김비서가 왜고가) — 2018-ci ildə yayımlanmış Pak So Cun və Pak Min-yonun baş rollarda oynadığı Cənubi Koreya televiziya serialıdır. O, Cung Kyon-yunun ilk dəfə 2013-cü ildə nəşr olunmuş, daha sonra 2015-ci ildə KakaoPage tərəfindən Webtoon komiksinə seriallaşdırılan eyni adlı romanına əsaslanır. Serial 2018-ci il iyunun 6-dan iyulun 26-dək tvN-də çərşənbə və cümə axşamı günləri 16 seriya ilə yayımlanıb. Li Yon-cun (Pak So Cun) böyük bir korporasiyanın sədr müavinidir. Bir gün onun yüksək bacarıqlı katibi Kim Mi-so (Pak Min-yon) doqquz il Li Yon-cuna işlədikdən sonra tutduğu vəzifədən istefa verəcəyini bildirdikdə onun dünyası sarsılır. Li Yon-cun daha sonra Mi-sonun yanında qaldığından əmin olmaq üçün şirkətində idarə heyətinin direktoru olan ən yaxşı dostu ilə danışdıqdan sonra əlindən gələni etmək qərarına gəldi. Li Yon-cun bir çox şeyi planlaşdırır, Kim Mi-so isə gənc uşaq olarkən yaşadığı keçmiş travmatik təcrübədə ona kömək edən adamı tapmaq qərarına gəlir.